Zooparkdan qaçan şir kişini parçaladı (VİDEO)
17.06.2015 1133 0.0 0

Gürcüstanın paytaxtı Tiflisdə zooparkdan qaçan albinos şir bir kişiyə hücum edib.Məlumata görə, Gürcüstan kütləvi informasiya vasitələri həmin adamın öldüyünü bildirib. 

Hadisədən xəbər tutan kimi xüsusi təyinatlılar yırtıcı heyvanın zərərsizləşdirilməsinə çalışıblar. Gürcüstanın Daxili İşlər Nazirliyi də həmin məlumatı təsdiqləyib. Tezliklə məlum olub ki, kişiyə hücum edən şir xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Bu gün səhər Gürcüstan KİV-ində və bloqlarda daha bir zooparkdan qaçan vəhşi heyvanın Qələbə meydanında bir adama hücum etdiyi haqqında məlumat yayılmışdı. Lakin onun şir ya pələng olduğu dəqiq bilinmirdi. 

Xatırladaq ki, iyunun 14-də gücülü leysan yağışları şəhərə ciddi ziyan vurub. Xüsusilə şəhər heyvanxanası demək olar ki, dağılıb. Nəticədə onlarla vəhşi heyvan şəhərə qaçıb. Zooparkdakı 600 heyvanın yarıdan çoxu məhv olub. 
Bir müddət əvvəl Gürcüstanın baş naziri zooparkdan kənarda heç bir heyvanın olmadığını bildrmişdi./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar