Əziz Yıldırımla motosiklet sürücüsü arasında insident baş verib - VİDEO
31.07.2017 902 0.0 0

Türkiyənin "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırımla motosiklet sürücüsü Engin Erqan arasında insident baş verib.

"İhlas" agentliyinə istinadən məlumata görə, münaqişəyə Yıldırımın idarə etdiyi avtomobilin siqnal vermədən motosikletin önünə çıxması səbəb olub.

 

 

Erqan bununla əlaqədar klub rəhbərinə irad tutub. Əvəzində "Fənər" rəsmisi əvvəlcə avtomobilinin şüşəsini endirərək, söyüşlər yağdırıb. Daha sonra o, maşını ilə motosikletin qarşısını kəsərək, kobud ifadələrlə "Nə siqnal? Qarşımdakı avtomobilləri görmürsən? Maşınlar məndən əvvəl yola girir, sən isə siqnaldan danışırsan" deyib.

Bu vaxt arxadakı avtomobildən Yıldırımın cangüdənləri də düşərək, motosiklet sürücüsünün üstünə qışqırıblar. Onlar "Biz gedəndən sonra burdan çıxarsan" deyiblər.

Qeyd edək ki, baş verənlər Engin Erqanın motosikletindəki kameraya da düşüb. /Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar