“Avropa İttifaqı Riqa sammitində də göstərdi ki, Azərbaycana qarşı ikili standartlara yol verir, ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir. Ona görə də hesab edirik ki, bizim oradakı nümayəndə heyətimiz düzgün qərar qəbul elədi və xüsusi rəylə çıxış etdi”.
Məlumata görə, bunu Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Riqa sammitində Azərbaycanın yekun Bəyannaməyə etirazına münasibət bildirərkən deyib.
Z. Əsgərov qeyd edib ki, BMT, eləcə də Avropa İttifaqı və Avropa Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanındığını, qətnamələr qəbul edildiyini rəsmi Bakı dəfələrlə xatırladılıb: “Çox təəssüf edirəm ki, tərəfdaşlıq proqramı çərçivəsində keçirilən sammitdə də ərazi bütövlüyü məsələsinə yanlış münasibət ifadə olundu”./apa/