Zimbabvedə parlamentə və hökumət binalarına gedən yollar bağlanıb
15.11.2017 656 0.0 0

Zimbabvedə hərbçilər ölkə paytaxtı Harare şəhərində hökumət binalarına, parlamentə və məhkəmələrə gedən yolları bağlayıblar.

TASS-a istinadən xəbər verilir ki, hərbçilərin şəhər mərkəzində zirehli texnika yerləşdirdikləri bildirilir.

Həmçinin hərbçilərin ölkənin maliyyə naziri İqnasius Çombonu saxladığı məlumat verilir.

Bir müddət əvvəl hərbçilər ZBC dövlət televiziya şirkətinin binasını ələ keçirib və hərəkətlərinin ölkə Prezidenti Robert Qabriel Muqabenin ətrafındakı cinayətkarlara qarşı olduğunu, dövlət başçısının və ailəsinin etibarlı və təhlükəsiz yerdə olduğunu bəyan ediblər.

Bundan əvvəl Zimbabvenin küçələrində hərbi maşınlar və silahlı əsgərlərin görünməsi, onların yoldan keçə sakinlərə hücum etməsi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Zimbabve Prezidenti Robert Qabriel Muqabe 1924-cü il fevralın 21-də anadan olub. 93 yaşlı Muqabe faktiki olaraq 1980-ci ildən - 1980-1987-ci illərdə baş nazir, 1987-ci ildən isə prezident kimi Zimbabvenin rəhbəridir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar