Zimbabve hökuməti ABŞ səfirinə: `Özünü banan ağacından as`
07.02.2017 727 0
Zimbabve hökuməti ölkədə fəaliyyət göstərən Amerika diplomatları barədə kəskin çıxış edib.
Trend-in məlumatına görə, ABŞ səfirliyi ölkədə insan haqlarının pozulmasından narahatlığını bildirərək, bu sahədə vəziyyətin dözülməz olduğunu bildirib.
Buna cavab olaraq, Zimbabve prezidentinin mətbuat katibi Corc Çaramba Amerika səfiri K.Harriyə belə məsləhət verib: "ABŞ səfəri düşünür ki, bizə komandanlıq edə bilər. Getsin özünü banan ağacından assın".
Qeyd edək ki, ABŞ səfirliyi ölkədə yerli din xadiminin həbsi ilə bağlı narahatlığını ifadə etmişdi.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər