Elə ki, yay fəsli gəldi insanlar üz tuturlar çimərliyə. Ən ideal zona hesab olunan çimərliklərdə bəzən gördüklərimiz bizi dəhşətə gətirir. Buna misal olaraq çimərliklərin natəmizliyini göstərə bilərik. Geyimdən tutmuş, plastik su qablarına qədər hər şeyə rast gəlmək mümkündür.
Ətrafda qalaq-qalaq yığılan zir-zibil bura gələnləri narahat etsə də, istirahətlərindən də qalmırlar.
Çimərliklərlərin hər birində antisanitar vəziyyətlə qarşılaşdıq. Şıx çimərliyindən gördüyümüz mənzərə heç də ürəkaçan olmadı. İlk baxışda sanki bura zibilxananı xatırladırdı. Burdan da yolumuzu Nardaran çimərliyindən saldıq. Çimərliyin sahili müxtəlif içki qabları, selofanlarla dolub daşırdı.
Gigiyena və epidemiologiya mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirdi ki, çimərliklərin təmizlənməsi çimərliyə həmin sahəyə rəhbərlik edən özəl sektor tərəfindən və həmin çiməliklərin aid olduğu rayon icra hakimiyyətinə tabe olan mənzil kommunat təsərrüfat departamenti bu işi görməlidir.
Şöbə müdiri onu da bildirdi ki, sahildə antisanitar vəziyyətə vətəndaşların özləri də riayət etsələr daha yaxşı olar./anspress/