Qazeta.info bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 92A ünvanında yerləşən Zeydulla Məmmədova məxsus "Zeytun" marketdə aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilmişdir.
Belə ki, yoxlama zamanı istehlakçılara təklif olunan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunmuşdur.
Əsassız qiymət artımına yol vermiş şəxs barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbir görülmüşdür.