Fond birjaları Ukrayna prezidenti Vladimirr Zelenskinin sarkazmının qurbanı olub.
Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, bu barədə Bloomberg-in köşə yazarları Eleyn Çen və Lu Vanq yazıb.
Məlumata görə, 16 fevralı ukraynalıların Birlik Günü elan edən Zelensky "Bizə deyirlər ki, 16 fevral hücum günü olacaq. Biz onu Birlik Günü edəcəyik" deyə bildirib.
Lakin "Facebook"da avtomatlaşmış tərcümə sistemi bu sarkazmı səhv tərcümə edərək, bu sözləri "işğal" tarixinin təsdiqi anlamında verib.
Bundan sonra, fevralın 14-də bazarlar çöküb, S&P 500 indeksi 1,2% azalıb, neft isə 95 dollardan yuxarı qalxıb. Zelenski adminstrasiyasının rəhbərinin müşavir Mixail Podolyak daha sonra bildirib ki, bu sözlər ironiya kimi izah olunmalıdır. Ölkə işğal üçün konkret hansısa tarixlərə şübhə ilə yanaşılır.
Məhz bu açıqlamadan sonra Fond birjalarında qiymətlər bərpa olub.