Zelenski eks prezidentə vəzifə verdi
03.06.2019 987 0.0 0

Prezident Vladimir Zelenski sabiq dövlət başçısı Leonid Kuçmanı Donbas münaqişəsinin nizamlanması üzrə əlaqə qrupunda Ukraynanın nümayəndəsi təyin edib.

Bu barədə Ukrayna KİV-inə istinadən xəbər verilir.

V.Zelenski Kiyevdə keçirilən brifinqdə Kuçmanın rəhbərlik edəcəyi əlaqə qrupunun iyunun 5-də Minskdə növbəti iclasa qatılacağını qeyd edib.

Prezident bildirib ki, rəsmi Kiyevin Donbas münaqişəsinin nizamlanması üzrə konkret təklifləri və yeni həll yolları var./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar