Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb KİV-lərini Rusiyanın Ukraynanı "işğalları" qrafikini elan etməyə çağırıb.
Qazeta.info Rusiya mətbuatına istinadla xəbər verir ki, "ABŞ və Britaniya dezinformasiyasına müraciət edən Bloomberg, The New York Times, The Sun və s. – gələcək il üçün "işğal"larımızın qrafikini elan edin. Mən məzuniyyət planlaşdırmaq istərdim, - deyə M.Zaxarova öz Teleqram hesabında yazıb.
Məlumata bildirilir ki, ötən ilin payızından etibarən Qərb mediası, eləcə də Ukrayna iddia edir ki, guya Rusiya Ukraynaya "böyük miqyaslı işğal" planı hazırlayır.
Xatırladaq ki, Britaniya "The Sun" nəşri daha əvvəl bildirmişdi ki, Rusiya fevralın 16-da 3.00 Am Kiyev vaxtı ilə (4.00 GMT) Ukraynanı "işğal edəcək".
Amerikanın "Politico" nəşri xəbər verib ki, ABŞ prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə söhbəti zamanı Rusiyanın fevralın 16-da Ukraynaya hücum edə biləcəyini də iddia edib.
Eyni zamanda Bloomberg mənbələri bildiriblər ki, Rusiya fevralın 15-də Ukraynaya hücum edə biləcəyini bəyan etmişdi.