Zaxarova: `Aİ-nin sanksiyaları qeyri-effektivdir`
24.02.2022 358 0.0 0

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları qeyri-effektiv və qeyri-qanunidir.

Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Rusiyaya qarşı yeni sanksiya təhdidlərini şərh edən diplomat buna hazırlığın illər ərzində getdiyini söyləyib.

Zaxarova ölkəsinin Avropa İttifaqı sanksiyalarına qarşı sərt tədbirlər görəcəyini vurğulayıb.

“Biz sanksiyalara əvvəllər etdiyimiz kimi, vəziyyətə uyğun olaraq simmetrik cavab verəcəyik. Biz öz maraqlarımızdan çıxış edəcəyik”, - Rusiya XİN sözçüsü "Rossiya 24" telekanalının efirində deyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar