Zaqatala borca görə 26 yaşlı gəncin iki əlini kəsən dəstənin daha bir üzvü tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Vüsal Bəşirova balta ilə xəsarət yetirmiş qrupun Akif Mustafayev də tutulub.
Saat 13:10
Zaqatala borca görə 26 yaşlı gəncin iki əlini kəsən daha bir nəfər tutulub.
Zaqatala rayon prokurorluğundan bildirdilər ki, bu Zaqatala şəhər sakini Rəşad Tahirovdur. Tahirov aparılan əməliyyat-axtarış nəticəsində gecə saatlarında tutularaq istintaqa cəlb edilib və ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.
Noyabr ayının 28-də Zaqatala şəhərində hər iki qolu bilək nahiyəsindən kəsilən Vüsal Bəşirovun xəstəxanada fotosu yayılıb.
Məlumata görə, sosial şəbəkədə yayılan fotoda gəncin hər iki qolunun bilək nayihəsindən olmadığı aydın görünür. Fotoda həmçinin Vüsalın üz nahiyəsində döyülmə izləri də gözə çarpır.
Vüsal Bəşirov- hər iki əli kəsilən gənc
İki gün əvvəl də onun əllərini kəsməkdə şübhəli bilinən həmyerlisi, Zaqatala şəhər sakini, 1985-ci il təvəllüdlü Araz Musayev də tutularaq istintaqa cəlb edilmişdi.
Araz Musayev ilkin ifadəsində belə bir addıma əl atmasına səbəb kimi V. Bəşirovun ona borcu olmasını göstərib:
"Qollarını kəsdiyim Vüsal məndən bir ay bundan əvvəl 7 min manat məbləğində borc alıb. Yaxın günlərdə qaytaracağını desə də həmin borcu qaytarmadı. Məndə nəticə olaraq belə bir yola əl atdım və onun qollarını kəsdim", -deyə saxlanılan şəxs bildirib.
Xatırladaq ki, tükürpədici hadisə noyabr ayının 28-də axşam saatlarında Zaqatalada baş verib.
Vüsalın atası Vahid Bəşirov hadisədən sonra bildirmişdi ki, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib.
Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sona Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vüqar Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa indi xəstəxanaya aparılır, gedib orda görə bilərsən.
Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardımlar göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Aparılan tibbi yardımlara baxmayaraq 26 yaşlı gəncin əllərini bərpa etmək mümkün olmayıb. Onun qolları amputasıya edilib.
Tükürpədici hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb./anspress/