Azərbaycanın müdafiə naziri Zakir Həsənov ANS-ə müsahibə verib.
Həmin müsahibəni sizə təqdim edirik.
- Dağlıq Qarabağın separatçılardan azad etmək planı və bu plan üzrə iş nədən ibarətdir?
- Sizə prezident İlham Əliyevin sözlərini xatırlatmaq istəyirəm. Biz ikinci Ermənistan dövlətinin Azərbaycan torpaqlarında yaranmasına imkan verməyəcəyik. Torpaqlarımız nəyin bahasına olursa olsun azad olunmalıdır.
- Siz yeni texnologiyalardan danışdınız və mənim yadıma Ermənitsan mətbuatında daha çox səsləndirilən belə bir fikirlər düşür ki, keçilməz istehkamlarımız var, bizim çox güclü təchiz olunmuş barikadalarımız var. Sanki, XIX əsrdə oturub, XXII əsrlə müharibə etmək istəyən insanlardır bunlar. Elə düşünürlər ki, bu gün də klassik döyüş modeli qüvvədədir. Siz sərgilərdə xüsusilə “bisportinq”lərlə maraqlanırsız. Texnologiyalar artıq daha çox inkişaf edib. Bizim bu gün imkanlarımız və döyüş hazırlıqlarımız nə dərəcədədir? Pilotsuz idarə olunan hərbi texnikalarla qoruna bilərikmi?
- Döyüş tarixində bununla canını qurtaran olmayıb. Biz güclü terxnikamız vasitəsilə düşmənn səngərində nə baş verdiyini bilirik. Bizim kəşfiyyat məlumatlarımız genişdir. Hərbi Sənaye Nazirliyi tərəfindən istehsal olunan pilotsuz təyyarələrimiz də yaxşı inkişaf edir. Onlar bu təyyarələrin digər növlərinin də istehsalına bu yaxınlarda başlayacaqlar. Bu isə öz növbəsində Silahlı Qüvvələrin imkanlarını daha da inkişaf etdirəcək. Bundan əlavə Azərbyacanın dağıdıcı artilleriyası, raket qoşunlarının istifadəsində olan silahlarımız var. Ermənistanın öz ordusunu sakitləşdirməsi isə onlara köməklik etməyəcək. Bu bir cəfəngiyatdır.
- Hər bir islahat, hər bir tədbir ona yönəlir ki, şəxsiyyət qorunsun. Yəni ki, insan itkisi olmasın. Biz ağır bir itki yaşadıq. Amma qarşı tərəf bizdən də ağır itki yaşadı. Rəsmi olaraq sizin əlinizdə hansı bir məlumat var ki, Ermənistan bu il ərzində hər döyüş hərəkətləri zamanı neçə hərbi qulluqçu itirib?
- Sizə tam rəsmi deyirəm ki, Ermənistan 2015-ci ildə döyüş şəraitində 60-a yaxın hərbi qulluqçu itirib. Kütləvi informasiya vasitələrində siz ancaq Ermənistandan və böyük şəhərlərdən çağrılanlar haqqında məlumat alırsınız. Digər şəhərlərdən, rayonlardan gələnlər haqqında məlumat vermirlər. Onlar Qarabağdan olan itkilər haqqında heç bir məlumat vermirlər. Digər ölkələrdən gəlib, döyüşənlərin itkiləri haqqında ümumiyyətlə məlumat yayılmır. Ancaq bizdə dəqiq məlumatlar var. Bundan başqa bizdə onların aşağı səviyyədə olan nizam-intizamları, orduda zəif təchizat, orduda baş alıb gedən xəstəlik və bu xəstəlikdən ölənlər haqqında da məlumat var. Bildiyimizə görə, hər dəfə Ermənistanda əsgər anaları prezident iqamətgahına hücum edirlər ki, döyüşdə bu cür itkilərin qarşısı alınsın.
- Mən məlumatlara fikir verirəm. Elə bil ki, son 1 ildə Azərbaycanda qeyr-döyüş şəraitində həlak olanların sayı azalıb. Buna necə nail olmusunuz? Çünki yadımdadır kimisi avtomatla ehtiyyatsız davranırdı, kimsə özünü asırdı və s.
- Hələ bunun qarşısını tam olaraq almağa nail olmamışıq və biz buna nail ola da bilmərik. Çünki dünyada belə bir praktika yoxdur. Onlar silahdan təlim keçmiş və cəbhə bölgəsində döyüşən insanlardır. Amma statistika azalma istiqamətində davam edir. Bunu qeyd edim ki, tərbiyə işində, sosial bazanın möhkəmlənməsində irəliləyiş var. Biz texnikaya müddətdən artıq xidmət edən hərbçiləri cəlb etdik. Bütün döyüş maşınlarının ekipojları və s. Amma daha sonra bu cür insanların başqa problemləri üzə çıxdı. Ailə problemləri, avtoqəzalar. Hazırda bu cür qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır. Bundan əlavə əsgər təminatında Ali Baş Komandanın göstərişi ilə böyük dəyişiklik var. Əlavə ərzaqlar, milli yeməklər, meyvə-tərəvəzlər, onların yataq dəstləri dəyişdirilidi. Əlavə hamam və çamaşırxanalar istifadəyə verildi. Bütün bunlar onların mənəvi-psixoloji döyüş hazırlığına təsiri var. 4 hərbi şəhərciyin açılışı oldu, avqustun sonuna kimi 10 böyük hərbi şəhərciyin açılışı olacaq. Müasir əsgər yataqxanaları və yeməkxanları, yeni qərərgahlar, yeni mebel avadanlığı və s. Digər ölkələrin müdafiə nazirləri ilə görüşürük və aydın olur ki, Azərbaycan Silahlı Qüvvələrində olan dəyişikliklər digər ölkələrdə yoxdur.
- Siz keçən müsahibənizdə demişdiniz ki, Azərbaycan əsgəri hərbi qulluqçu olacaq, süpürgəçi olmayacaq, məişət işləri ilə məşğul olmayacaq və bu gün elə də oldu.
- Prezidentin tapşırığı ilə biz hərbi qulluqçuları bütün təssərrüfat işlərindən uzaqlaşdırdıq. Onların vaxtı ancaq döyüş hazırlığına sərf olunmalıdır. 20 minə yaxın mülki şəxs işlə təmin olunub. Bunlara cəbhəboyu kəndlərdən dəvət olunub. Mən hər dəfə onlarla yemək yeyirəm. Bu həm də mülki nəzarət hesab olunur. Bunun üçün laboratoriya da yaranb ki, əsgər yeməkləri keyfiyyətli ərzaqlardan hazırlansın.
- Azərbaycanın müxtəlif bölgələrində xidmət çəkən əsgərlərimiz müxtəlif şəraitdə qulluq edirlər. Şəhər və rayonlarda xidmət edən hərbi qulluqçuların məvacibində fərqlilik varmı? Yoxsa eyni maaşları alırlar.
Biz çalışacağıq ki, hərbi qulluqçuların çoxu döyüş bölgəsində olsun. Döyüş bölgələrində olan hərbi qulluqçuların maaşı qat-qat çoxdur. Amma son vaxt şahidi olduq ki, şəxsiyyət könüllü şəkildə cəbhə bölgəsində xidmət etmək istəyir. Xatırlayırsınızsa 2014-cü ildə fəal döyüşlər başladı...
Müsahibənin davamını videomaterialda izləyə bilərsiniz.../anspress/