Zahid Orucdan spikerə cavab
19.01.2016 1480 0.0 0

Parlamentdə spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında gərginlik bu gün də özünü göstərib. Belə ki, millət vəkili plenar iclasdakı çıxışından sonra spiker Oqtay Əsədov Zahid Oruca "Sənin gələcək yerin görünür" sözünü deyib. Bu isə mətbuatda birmənalı qarşılanmayıb və Oqtay Əsədovla Zahid Oruc arasında gərginliyin hələdə olduğunu bildiriblər.

Qazeta.info bildirir ki, Millət vəkili Zahid Oruc isə İnteraz-a açıqlamasında Spiker Oktar Əsədov arasında heç bir gərginliyin olmadığını vurğulayıb. 

Bildirib ki, O.Əsədovla bundan əvvəlki dövrlərdə də müxtəlif  məsələlərə münasibətləri fərqli olub: “Bunların hər biri parlament daxilində baş verib. Bizim şəxsi münasibətlərimizdə həqiqətən heç bir konflikt, ciddi bir soyuqluq yoxdur. Əksinə bu gün Oqtay Əsədov mənim hökumətin gələcək fəaliyyəti ilə bağlı irəliyə sürdüyüm təkliflərə xoş reaksiya verib. Hətta mənim çıxışım alqışlarla da qarşılanıb. Buna xüsusi bir altməna, kirli bir fikir və ya məni hədələmək, təhdid etmək kimi mövqe qətiyyən olmayıb. Çünki plenar iclasdan foyeyə çıxanda Oqtay Əsədov mənim fikirlərimin çox əhəmiyyətli olduğunu və hökumətin burada təmsil olunan nümayəndələri tərəfindən qaldırılan vacib məsələlərin qarşıdakı dövrlərdə cənab prezidentin qoyduğu tələblərə rəğmən daha intenesiv həyata keçirilməsi imkanları olacağını və parlamnent üzvlərinin də bu prosesdə fəal iştirak etməsininin zəruriliyini söyləyib. Spikerin “Sənin yerin görünür” fikrinə don geyindirirlər. Sonradan hər kəs bunun dəqiq mahiyyətinə varanda görür ki, burada heç də qərəzli söz deyilməyib. Bir  sözlə mənim toxunduğum təkliflər hökumət üçün gərəklidir. Oqtay Əsədov mənim çıxışıma “Sən gələcəyə doğru gedirsən” ifadəsini söyləmək istəyib. Düşünürəm ki, bunu yozmağa ehtiyac yoxdur”.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar