Zahid Oruc cəzalandırıldı
28.06.2016 918 0
Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, iclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.
Nəticədə 5 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla Zahid Oruca töhmət verilib.
Qeyd edək ki, Milli Məclisin ötən həftə keçirilən növbədənkənar iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında mübahisə baş verib. Parlamentin sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Z.Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər