Z.Orucdan manat açıqlaması
23.02.2015 1048 0.0 0

"Son üç gündə tədqiq etdiyim ən azı 5 ölkənin həyatı,ötən əsrin 90-cı illərindən bu yana yaşadıqları müxtəlif valyuta böhranlarının səbəbləri və ondan çıxış yollarının dərindən təhlili Azərbaycanın Mərkəzi Bankının düzgün qərar qəbul etdiyini təsdiqləyir".

Məlumata görə, bunu deputat, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. Deputat Mərkəzi Bankın 21 fevral qərarını dəstəklədiuyini bildirib. 

"Əlbəttə, əhalinin manatın devalvasiyasından narazı qaldığı,həttta bir sıra hallarda açıq ittihamları fonunda 21 fevralda atılan addımın doğruluğunu bəyan etmək o qədər də asan deyil. Lakin dollar burjuaziyasının deyil, sadə insanların mənafeyindən yanaşdıqda və iqtisadiyyatın sərt qanunlarına baş vurduqda Milli Bankın öz hesablamalarında doğru olduğunu görmək mümkün olur.

Ekspertlərin dəyərləndirməsindəki mühüm bir məqam - “guya yalnız neftdən asılı iqtisadiyyatlar alternativ maliyyə rıçaqları tapmadıqlarından belə dəyərdən salma əməliyyatlarına gedirlər” fikri qətiyyən doğru deyil". 

Buna misal olaraq isə millət vəkili qonşu Gürcüstan və Türkiyənin son 5 ayda valyutalarının müvafiq olaraq 17 və 14 faiz ucuzlaşdıqlarını göstərərib. Onun sözlərinə görə, dolların bütün dünya maliyyə vahidlərinə nisbətdə əhəmiyyətli dərəcədə möhkəmləndiyi bir faktdır.

"Digər tərfədən,2015-ci ilin büdcə kəsirinin doldurulması naminə məzənnə siyasətinə əl atıldığını iddia etmək də tamam yanlışdır.Çünki dövlətin valyuta ehtiyatları sırasında manat xüsusi çəkiyə malik idi və onun dəyərdən salınmasından yaranan itkilər büdcənin cəmi 12-faizinin gəlirlərini qapatmaq üçün kurs dəyişikliyindən “əldə olunan qazanc”dan daha böyükdür.

Qonşu Rusiya iqtisadiyyatının məruz qaldığı sanksiyaların Azərbaycana təsirini də Milli Bankın son addımına təsir göstərən faktorların sırasında birinci yerə qoymaq düzgün olmazdı.Ölkələrimiz arasında iqtisadi şaxələnmənın cəmi 2 fazi olması fonunda rus rublunun ağır vəziyyəti və soydaşlarımızın Azərbaycana göndərdiyi maliyyə vəsaitlərinin kəskin azalması manatın ucuzlaşması üçün basilica səbəb ola bilməzdi.

Əslində hökuməti kəskin tənqid edənlərin hamısı manatın əvvəlki kursda saxlanmasının iqtisadi ziyanlarını açıq etiraf edir,yerli məhsul istehsalının və onun xarici ticarətdə qeyri-neft sektorunun stimullaşdırılmasına zərbə vurduğunu söyləməkdən çəkinmirdilər.Ona görə də hər zaman milli valyutamızın tədricən ucuzalşması siyasətinə gedilməsi təklif olunurdu və süni şəkildə bahalı valyuta kimi saxlanan manatın keçmiş və gələcək ziyanlarından danışırdılar. Deməli,məzənnə siyasətinin hazırki deyil, məhz əvvəlki kursu iqtisadi əsaslandırılmış sayıla bilməzdi".

Z.Oruc Milli Bankın kəskin devalvasiya yoluna əl atmasının səbələrini tədqiq etməyə çalışıb. Bu yerdə təkcə 16 fevraldan bu yana-Elman Rüstəmovun “Finansial Times”a müsahibəsindən sonra maliyyə bazarındakı hərəkətlənmənin sonda nələrə aparıb çıxaracağını hesablamaq kifayət edir. Baş bankirin məlum açıqlamalarındakı tezis, yəni idxal məhsullarının qiymətində dəyişiklik olacaqdır, manatın dəyərdən salınmasına əl atılacaqdır və inflyasiyanın nəzarətdə saxlanmasına yönəlik siyasət yürüdüləsəkdir bəyanatı valyuta bazarında böyük gərginlik və ajiotaj doğurdu.

"Nəticədə bankın son hərraclarda dövriyyəyə çıxardığı və cəmi bir neçə qəpik bahalaşmış 120 milyon dollardan artıq Amerika valyutası yerlii banklar tərəfindən dərhal alınaraq satışa çıxarıldı,lakin əhali ərasında dollar tələbatı artmaqda davam edirdi. Ölkəmizdə iş aparan xarici kompaniyalar, banklarla yanaşı, xalqın hətta ən az təminatlı hissəsinin belə əlində olan vəsaitlərini dollara çevirmək istəyi durmadan artırdı. Bazarda belə psixoloji yaşantının hökm sürdüyü şəraiti-iqtisadi ədəbiyyatlarda bahalaşma gözləntisi adlandırılar və belə şəraitdə davam edərdisə, Milli Bank qısa bir vaxtda qalan 12 milyard manatlıq ehtiyatını da xərcləməyə məcbur olacaqdı. Onda manatı rus rublunun taleyi gözləyirdi.

Tədrici və yaxud,dəbdə olan terminlə desək “üzən kurs” siyasəti heç bir ölkəyə xeyir gətirməyib. O yalnız spekulyantlara və valyuta qeyri sabitiliyndən bəhrələnlərə,daha doğrusu valyuta müharibəsi aparanlara fayda gətirir.

Ona görə də vaxtilə Britaniyada, elə bu yaxınlarda Qazağıstanda həyata keçirilmiş kəskin kurs dəyişikliyinə gedildi və artıq bununla da valyuta bazarında sabitliyə nail olundu. İndi bazara diqqət edin-hər kəs məhz dolların kursunun aşağı düşəcəyi gözləntisi qarşısındadır. 

Ona görə də hətta üçdə bir nisbətdə ucuzlaşmadan sonra da manat dünyanın əsas maliyyə vahidləri ilə az qala bərabər dəyərə malikdir və onu həm vətəndaşlarımız,həm də regional çərçivədə çalışan kompaniyalar istər tədavül və isərsə də etibarlı yığım vasitəsi kimi görməkdə davam edirlər.Məhz buna görə indi hamımız tərəfindən “qara şənbə” kimi xarakterizə olunan hazırki əsaslandırılmış devalvasiya vaxt gələcək təqvimin ən əlamətdar gününə çevriləcək.

İndi hökumət gecikmədən son valyuta tənzimlənməsindən sonra əhalinin kredit,əmanətlər və daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik perspektiv üçün antiböhran proqramlarını işə salmalıdır. Çünki heç bir nazirlik qiymət artımının qarşısını ala bilməyəcək. Ona görə maaş və pensiyalarının yeni inflyasiya indeksinə uyğunlaşdırılması üçün mənbələr tapılmalı və büdcəyə yenidən baxılmalıdır. Çünki son addımdan sonra yaşayış minimum və aylıq istehlak səbətinin əvvəlki vəziyyyətdə qalmayacağı şübnəsizdir və dövlət sosial ehtiyaclı insanları birmənalı müdafiə etməlidir.

Kursun sabit saxlanması investorları gözləmə möveqyindən çıxaracaq, bankları yeni şəraitə uyğun olaraq əhali ilə işləməyə sövq edəcək. Əks halda, əgər manatın aşağı və yuxarı kursa inzibati qərarlarla yönəltmək cəhdi ”qara bazar” fenomenini işə salacaq və bu yalnız əhalinin maraqlarına zərbə vuracaq.

Həmçinin hökumət banklarla görüşə açıq olmalı, hazırki vəziyyəti geniş iqtisadi və maliyyə subyektləri birgə müzakirəyə qərar verməlidir.

Eyni zamanda, inflyasiyanın ikirəqəmli olmaması üçün gömrük rüsumları və bank stavkaları ilə də bağlı təxirəsalınmaz tədbirlər sırasında olmalıdır. Bununla yanaşı,daha geniş təkliflərimizi Milli Məclisdə gündəmə gətirəcəyik. Sonda yalnız onu vurğulamaq lazımdır ki, Milli Bankkın və hökumətin yüksək təmsilçiləri meydanı antiiqtidar iqtisadçılarına buraxıb panika mühitinə rəvac verməkdənsə, belə qərarın düzgünlüyünü əsaslandırmaq və onun gələcək nəticələrinə qarşı siyasətini bəyan etməyə borclu olduğunu da nümayiş etdirməlidir"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar