«Yuxu xəstəliyi»nin sirri quyularda ola bilər
03.05.2015 577 0.0 0

Qazaxıstanın Kalaçi kəndinin sakinlərinin mübtəla olduğu "yuxu xəstəliyi"nin sirrini açmaq üçün yerli alimlər 12 quyu qazıblar.

RİA Novosti-yə istinadən verilən məlumata əsasən, onlar qrunt sularını tədqiq etməklə xəstəliyin səbəbini öyrənmək niyyətindədirlər.

Məlum olduğu kimi, bu xəstəliyə tutulan insan bir neçə saat və ya gün yuxuya gedir, yaddaşını, hərəkət koordinasiyasını itirir, əzginlik hiss edir.

Quyuların dərinliyi 2-25 metr arasında dəyişir. Analizlərin ilkin nəticələri iyul-avqust aylarında əldə olunacaq. Bundan sonra yeni quyuların qazılması barədə qərar qəbul edilə bilər./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar