Yürüyüş 3 saatdan çox davam edib
21.06.2015 756 0.0 0
 

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki,  Hollandların həm böyük komandası, həm də daha çox dekorasiyalı velosipedçiləri olmasına baxmayaraq, qadınlar arasında şosse yarışının qalibi Belarus olub. Bugün Bakı 2015 ilk Avropa Oyunlarında sürətli idmançı Alena Amialiusik ölkəsini qızıl medala doğru aparıb.

Qadınlar arasında şosse velosiped yarışı şəhərin rəmzi olan Alov Qüllələrinə 125 metrlik sərt yoxuş da daxil olmaqla, 12,8 km-lik dörd qısa mərhələdən ibarət olub. Beşinci mərhələ isə 13,9 km uzunluğunda idi. Buraya, Bakının qədim İçəri şəhərinin çay daşları üzərindən eyni qalxma və texniki hissəsi daxildir.

Yarışın yavaş start götürməsindən və sonrakı mərhələlərdə bir sıra hücümların olmasından sonra, belarus Amialiusik sağlam ayaqlarla 3 saat 20 dəqiqə 36 saniyə müddətində anidən hücumla finiş xəttini məharətlə keçə bilib.

Əldə etdiyi qələbənin sevincini yaşayan 26 yaşlı velosipedçi hisslərini belə ifadə edib:

Mənim gizli silahım yox idi. Hiss edirdim ki, ən yaxşı idmançı mənəm. Əsas diqqətimi sakitləşməyə və özümə inanmağıma yönəltdim və qalib gəldim.-Alena Amialiusik

Altı güclü velosipedçidən ibarət Hollandiya komandası, 120,7 km-lik gərgin yarışda yaxşı nəticə göstərsə də, üçüncü yerlə kifayətlənməli olub və beləliklə holland idmançı Anna Van Der Breqqen bürünc medala layiq görülüb. Ondan sonra gələn polşalı Katarzina Nieviadoma isə gümüş medalı əldə edib.

Hollandiyalı bürünc medal mükafatçısı Van Der Breqqen, birinci yeri itirdiyinə görə komanda yoldaşı Ellen Van Diyki günahlandırır. O, düşünür ki, buna səbəb ikisinin de ortaq məxrəcə gələ bilməməyidir: 

Düşündüm ki, Ellenin sürətinin azaldığı zamanda mənim hücuma keçməyim üçün əsl vaxtdır. Daha sonra ikimiz də hücuma keçdik. Bu, sadəcə bir səhvdir. Bu, sizin bir anlıq verdiyiniz qərardır. Müzakirə üçün vaxtınız olmur.-Van Der Breqqen

Velosipedçi Breqqen daha sonra özünü toparlayaraq komanda yoldaşını yolda qoyaraq  irəliyə doğru sürətini artırıb.

Şosse velospiedo yarışında, İrlandiyanı təmsil edən Karoline Ryan, ilk əsas hücumuna 35 km-dən sonra  başlayıb. Lakin yarışın dördüncü mərhələsində yoxuşa qalxarkən yorulub. Bu vaxt İsraili təmsil edən Paz Baş, onun ardınca isə fransalı Annabelle Dreville və rus Anastasiya İakovenko dərhal əks-hücuma keçiblər.

İdmançılar dördüncü mərhələnin sonunda peloton üzərində bir dəqiqə 45 saniyə fərqlə sürət yığmağa başlasalar da, beşinci mərhələdə İçəri şəhərə daxil olduqdan sonra Hollandiyanın öndə gedən velosipedçiləri onların ardınca irəliləyiblər.

Davam edən yarışlarda ilk əvvəl birlikdə irəliləyən holland Lusinda Brand, İtaliyadan olan Rossella Ratto və polşalı Euqeniya Buyak üçlüyü daha sonra bir-birindən ayrılaraq yeddinci mərhələyə gedən yolda 90 saniyəlik liderliyi qoruyub saxlamağı bacarıblar. Növbəti dəqiqələrdə isə, 10 nəfərdən ibarət velosiped qrupu onlara yetişib və həmin anda Nieviadoma hücum vəziyyətinə keçid alıb. Onun ardınca Amialiusik ilk həmləsini edib. Onu, gümüş medal sahibi Breqqen və zamana qarşı qalib holland idmançı Ellen Van Diyk izləyiblər.

İtalyan Ratto isə qrupun ardınca tək başına gedib və yalnız 10 km irəlilədikdən sonra onlara çata bilib. Son yoxuşa qalxma zamanı italyan velosipedçi uğursuzluqla üzləşib. Belə ki, velosipedində nasazlıq yarandığına görə digər velosipedçilərdən geridə qalıb.

Velosipedçilərin geridə qalması, Amialiusik, Nieviadoma və Van Der Breqqenin finişə qədər mübarizə aparmasına şərait yaradıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar