Yunanıstanda yüzlərlə otel satışa çıxarıldı
21.01.2016 529 0.0 0

 

Ayrıca ada da almaq olar.

Yunanıstanda yüzlərlə otel sahibi otellərindən yaxa qurtarmağa çalışırlar. Dekabrın əvvəlindən rielter saytlarında ən azı ölkənin müxtəlif guşələrində ümumi məbləği 1,7 milyard avroya qədər olan ən azı 480 elan yerləşdirilib,Ekathimerini qəzeti məlumat yayıb.

 “realty.newsru”ya istinadən verilən xəbərə görə, nəşr hazırda Yunanıstanda olan otellərin 5%-nin satıldığını qeyd edib.

Məsələn, 406 milyon avroluq 106 otel Halkidiki yarımadasında satışa çıxarılıb. 348 milyon avro dəyərində olan daha 66 elan Kritə aiddir – oradakı otellər arasında beş ulduzlu Hanye oteli də satılır. 53 obyekt İoniya adasında satışa çıxarılıb.

The Daily Mail-in məlumatına görə, otellər 250 000 avroya satılır – bu, Londonun Fulhem şəhərində iki yataq otağı olan evin yarı qiymətindən də azdır. Dəbdəbəli təkliflər də var – məsələn, Lesbosda Vatera Beach oteli. Bu otel üçün 1,35 milyon avro istəyirlər. Elanda bu investisiyanın sahibinə 50 000-dən 100 000 avroya qədər gəlir gətirəcəyi yazılıb.

Ekathimerini”də indi daha çox otelin satıldığını ehtimal edirlər. Bu tendensiya Yunanıstana turizmin əks tərəfini göstərir.

Keçən il ölkəyə rekord sayda turistin gəlməsinə baxmayaraq, əldə olan gəlirdən bütün otellərə pay düşməyib. Turistlərin gəlməsi ilə ən çox problem kiçik və orta otellərdə yaşanılıb.

Xatırladaq ki, Yunanıstanda ayrıca ada da almaq mümkündür. /oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar