Ramazan ayının vazkeçilməz qidası olan quru xurma qida dəyəri baxımından olduqca qiymətli və keyfiyyətlidir. Lakin mütəxəssislər bildirir ki, xurmanı həddən artıq çox yedikdə bədəndə fərqli təsirlərə səbəb olur. Quru xurma yüksək fibrin tərkibi ilə qəbizliyə və həzmsizliyə yaxşı təsir edir, oruc tutarkən uzun və davamlı aclıq səbəbindən pozulan bağırsaq fəaliyyətinin tənzimlənməsində faydalıdır.Qazeta.info Aile.lent.az-a istinadla xurmanın digər faydalarını da sadalayır.
- B1, B2 vitamin tərkibi ilə sinir sistemini qoruyur və beyin funksiyalarının nizamlı işini təmin edir. İftarda az miqdarda xurma yedikdə, bədənə istirahət təsiri verir.
- A vitamini tərkibi baxımından göz sağlamlığının qorunmasında və gecə korluğuna qarşı faydalıdır.
- Antioksidan tərkibi ilə immunitet sistemini gücləndirir, xərçəngə qarşı qoruyucu təsir göstərir.
- Dəri gözəlliyinin və sağlamlığının qorunmasında xüsusi rol oynayır.
- Yüksək miqdarda kalium tərkibi ilə bədənin kalium tarazlığını nizamlayır və təzyiqi normada saxlayır. Yüksək təzyiqi olanların gündəlik yeməsi məsləhətdir.
- Yüksək lif tərkibi ilə pis xolesterol səviyyəsini aşağı salır və ürək sağlamlığının qorunmasına kömək edir.
- Qlükoza tərkibi sıx olan quru xurmanı çox yedikdə qan şəkəri ani yüksəlir və şəkər xəstələrində risk meydana gətirir. Bu səbəbdən bir çox möcüzəvi təsiri olan quru xurmanı Ramazan ayında diqqətli yemək lazımdır.
- Bir xurmada 20 kalori olduğu düşünülsə, quru xurmanı çox yedikdə yüksək kalori dəyəri səbəbindən çəki artması sürətlənir. Bu səbəbdən də iftarda 2-3 dənə xurma yemək bədən sağlamlığı üçün kafi olacaq.