Yolu azaraq Azərbaycan ərazisinə keçən şəxs saxlanılıb
11.02.2022 335 0.0 0

Dövlət Sərhəd Xidməti (DSX) özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Ocarudi Məsud Momen saxlayıb

Qazeta.info DSX-nın məlumatına əsasən bildirir ki, fevral ayının 10-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmiş və sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılmışdır.

Araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen kimi təqdim etmiş şəxsin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyən edilmişdir.    

Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılmış, qısa müddət ərzində qeyd olunan şəxsin İran İslam Respublikası tərəfinə təhvil verilməsi nəzərdə tutulmuşdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar