Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən verilən məlumata görə, sabahdan sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Yol polisi xəbərdar edir ki, qaydalara əməl etməyən sürücülərə qarşı qanuni tədbir görüləcək./apa/