Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bəzi yollarda yol polisi əməkdaşlarının olmamasından istifadə edərək yol-hərəkət qaydalarını pozan, əlaxsus qanunsuz dönmə əməliyyatı edən sürücülərə müraciət edib.
İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ərazidə yol polis əməkdaşlarının olub-olmamasından asılı olmayaraq, bütün qayda pozuntuları kameralar vasitəsilə qeydə alınır:
“Qanunsuz dönmələr yol qəzalarının baş verməsinə səbəb olan əsas xətalardan biridir. Qanunvericilkdə də belə xətanın törədilməsinə yüksək cərimə balı və cərimənin tətbiqi nəzərdə tutulur. Avtomobil sürücülərinə və sahiblərinə bildirirəm ki, ərazidə polis əməkdaşının xidmət aparıb-aparmamasından asılı olmayaraq kameralar vasitəsilə hər şeyə nəzarət olunur. Sürücülər diqqətli olsunlar, belə kobud şəkildə yol qaydalarını pozmasınlar”./Trend/