Yol polisi sürücülərə növbəti dəfə xəbərdarlıq edib
06.01.2020 14921 0.0 0

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə növbəti dəfə xəbərdarlıq edib.

BDYPİ-nin şöbə rəisi polis polkovnik-leytenantı Rüfət Quliyev "Report"a açıqlamasında bildirib ki, son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilib. 

Onun sözlərinə görə, qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranır və bu səbəbdən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur. 

R.Quliyev deyib ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir: "Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir".

Polkovnik-leytenant qeyd edib ki, hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından sürücülər avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir: "Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaması, hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndiriməsi yolverilməzdir".

Şöbə rəisi əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar