Yol polisi sürücülərə müraciət edib
01.02.2017 744 0.0 0

Yol polisi yolların buz bağlaması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
 
Qazeta.info bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunur.
 
Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava">hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə etməməyi, nəqliyyat vasitələrinin hərəkət sürətini hava">hava şəraitinə uyğun seçməyi tövsiyə edib. Əks təqdirdə, nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək. 
 
Məlumatda həmçinin bildirilir ki, son günlər aparılan müşahidələr göstərir ki, asfalt örtüyünün buz bağladığı vaxtlarda yolun hərəkət hissəsində qalmaqla başqa hərəkət iştirakçılarının, xüsusilə təcili tibbi yardım, qəza-xilasetmə və digər operativ nəqliyyat vasitələrinin də çağırış yerinə getməsinə mane olan avtomobillərin əksəriyyəti texniki cəhətdən nasaz olan, qış mövsümünə uyğun olmayan və protektorları yeyilmiş şinlərlə təchiz edilmiş nəqliyyat vasitələridir.
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gecə respublika ərazisində şaxta olacağını və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar