Yol polisi reyd keçirib, 100-ə yaxın sürücü cərimələnib
16.11.2015 585 0.0 0

 Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları  yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirib. Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, reyd əsasən avtomobili sərxoş halda və ya sənədsiz idarəetmə, avtomobillərin konstruksiyasında qanunsuz dəyişikliyə yol vermə, əlavə səs siqnalları, işıqlar, eyni zamanda görməni məhdudlaşdıran pərdə və plyonkalardan istifadə hallarına qarşı təşkil olunub.

Şəhərin Nizami və Atatürk prospektlərində keçirilən reyd zamanı qeyd olunan qayda pozuntularına yol verən 100-əyaxın sürücü aşkar edilib. Saxlanılan sürücülər yerində cərimə olunub və 12 nəqliyyat vasitəsi istismarı dayandırılaraq cərimə meydançasına aparılıb. Avtomobillərdə pərdə və plyonkalardan istifadəyə icazə müddəti başa çatdığından yol polisi əməkdaşları bu qaydaya əməl etməyən sürücülərə qarşı reydləri davam etdirəcək.

Xatırladaq ki, qaydalara uyğun olaraq nəqliyyat vasitələrində pərdə və plyonkalardan istifadə müddəti mayın 1-dən noyabrın 15-ə kimidir.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar