Ötən gün Bakının mərkəzində yol polisi ilə vətəndaşlar arasında qarşıdurma baş verib.
Məlumata Görə, hadisə Bakının mərkəzi küçəsində yerləşən Nizami kinoteatrının qarşısında baş verib.
Bu barədə jurnalist Anar Məmmədov Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə Görə, Nizami kinoteatrının qarşısında yol Bütün istiqamətlərdə Bağlanıb. Yol bütünlüklə Bağlı olduğu və təbii olaraq nəqliyyatın həmin ərazidə hərəkəti olmadığı Ardını yol polisi piyada keçidinin yanında dayanaraq insanları keçiddən Istifadə etmədiyinə Görə cərimələyib.
"Polis Tərəfindən keçiddən Istifadə etmədiyimə Görə saxlananda, ona iradımı bildirdim. Insanları qanunsuz cərimələdiyini söylədim. Mənə keçiddən Istifadə etməməyin qanun pozuntusu olduğunu dedi. Təkrar geri QAYIDIB düz yolun ortasında dayandım və cərimələnməyimi tələb etdim. Müxtəlif bəhanələrlə tələbimdən yayındı ", - Deyə Anar Məmmədov bildirib.
Məsələ ilə Əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai Qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq.
Vaqif Əsədov açıqlamasında bildirib ki, məsələdən xəbərsizdir. Yol polisi bildirib ki, bu gün həmin hadisə ilə Bağlı araşdırmalara başlayacaq.
"Dediyiniz unvana gedib, əraziyə baxış keçirəcəyəm. Məsələ ilə Əlaqədar rəhbərliyə MƏRUZƏ edəcəyəm ", - Vaqif Əsədov bildirib Deyə.//AnsPress