YOL POLİSİNİN PAQONLARINI QOPARDILAR
29.12.2014 828 0.0 0
Gəncə şəhər sakini yol polisi əməkdaşını təhqir edərək ona zor tətbiq edib.

 

Bu barədə  məlumat Gəncə şəhər Nizami rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, 1985-ci il təvəllüdlü Samux rayon sakini, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində Yol Patrul Xidməti inspektoru vəzifəsində xidmət edən polis serjantı Mürşid Abdiyev idarəyə müraciət edərək bildirib ki, kimliyi sonradan məlum olan, 1981-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşayan Fariz Cəfərov sərxoş vəziyyətdə Dövlət Yol Polisi Şöbəsinin binasının həyətinə gələrək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı pozaraq onu təhqir edib. Həmin şəxs əli ilə polis əməkdaşının sifətinə vurub, xidməti gödəkcəsinin paqonlarını qoparıb.//APA

 

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Teqlər:YOL POLİSİNİN PAQONLARINI QOPARDILA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar