Hadisəni törədən şəxslər qaçıb
Bakıda yol polisləri bıçaqlanıb.
Əldə olunan məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. Cəfər Xəndan küçəsində xidməti vəzifəsini yerinə yetirən zaman Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, 2 polis inspektoru naməlum şəxslərin hücumuna məruz qalıb. Nəticədə polis baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov bıçaqlanıblar və ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə gətiriliblər.
İlkin araşdırmalardan sonra hər iki yol polisi əməkdaşının “Nissan” markalı avtomobildə olan şəxslər tərəfindən bıçaqlanması məlum olub. Bəlli olub ki, avtomobil Bakı şəhər sakini Ağayev İlham Əbülfət oğlunun adına qeydiyyatdadır.
Faktla bağlı cinayət işi açılıb. Yol polislərini bıçaqlayan şəxslər axtarılır. //Lent.az