Ailə üzvləri ilə oyun oynayır, süfrə arxasına keçib onlarla birgə nahar edir. Söhbət bir insandan yox, boyu 2 metrdən çox olan ayıdan gedir. Rusiyada bir cütlüyün ayı ilə eyni evdə yaşaması ölkədə maraqla qarşılanıb.
Svetlana və Yuri Pantelenko illərdir ki, bu ayıya evlərində yer veriblər. Artıq 23 yaşına çatan əyripəncə həyətdə onun üçün nəzərdə tutulmuş xüsusi otaqda gecələyir. Ancaq gün ərzində evdə Svetlana və Yuri ilə vaxt keçirən ayı hətta onlarla divana əyləşib televizora da baxır.
Bir insanın ac ayı görəndə qaçması normal haldır. Ancaq Rusiyalı cütlük hər gün bu ayı ilə eyni süfrə arxasında əyləşir. Sahibləri ilə nahar edən yırtıcının ən çox sevdiyi isə, yuri və svetlananın ona nəvaziş göstərməsidir.
Amma bu ayının qarnını doyurmaq da hər insanın işi deyil. Yırtıcı hər gün bir qazan sıyıq, bir neçə kiloqram balıq və xeyli sayda yumurta yeyir. Ağzının dadını yaxşı bilən ayı üçün əvəz olunmaz qida məhsulu qatılaşdırılmış süddür./atv.az/