Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın olub
27.07.2017 716 0.0 0

 

Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin hamısı təxliyyə olunub.

Report”un Qərb bürosunun verdiyi məlumata görə, yanğın söndürülüb. Lakin hələ də tüstülənmə qalır.


*** 

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın davam edir.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, yanğının genişlənməsi təxliyyə prosesini çətinləşdirir.
Məlumata görə, təxminən 35-40 xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıb. Onların xilas edilməsində ciddi problemlər var.

Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

 

 

******

İlkin məlumatlara görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı heç kim xəsarət almayıb.

 

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yanğın zamanı xəstəxanadakı bütün xəstələr və işçilər təxliyə edilib. Artıq yanğın söndürülüb. Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.

 

 

 

Qeyd edək ki, bu ildən ölkə ərazisində ilk dəfə olaraq, icbari tibbi sığorta sistemi Yevlax və Mingəçevirdə həyata keçirilir. Bununla əlaqədar Mingəçevir şəhəri və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar