Yerevanda müharibəyə hazır olmağa çağırdılar
25.04.2016 1173 0.0 0


Baqratyan erməni ordusunun geridə qalmasından şikayətlənir.

Biz hamımız Rusiyanın Azərbaycana silah satmasını pisləyirik, amma erməni tərəfi bu strateji silaha görə deyil, rabitə vasitələrinin, gecə görmə cihazlarının və s. çatışmazlığına görə qurbanlar verib. Düşünürəm ki, müdafiə naziri əldə olan resursların nə dərəcədə rassional istifadə edildiyini və əlavə dəstəyə ehtiyacın olub-olmadığını nəzərə almalıdır.

Qazeta.info bildirir ki, Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Məclisinin dörd günlük iclasının birinci günündə müxalifət deputatı, sabiq baş nazir Qrant Baqratyan erməni qoşunlarının aprelin əvvəlində hərbi əməliyyatlar zamanı məğlubiyyətinin səbəblərini şərh edərkən bildirib. 

Bununla yanaşı, “İrs” fraksiyasının rəhbəri Zarui Postancyan genişmiqyaslı müharibəyə hazır olmağın labüdlüyünü bəyan edib.

“Müharibə qutarmayıb və biz Azərbaycanın gündəmində olan daha genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıyıq”, - Postancyan deyib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar