Yerevanda PPX alayının binasını ələ keçirən silahlı qruplaşmanı dəstəkləyən nümayişçilər sakit şəkildə dağılışıblar.
"Sputnik-Ermənistan"a istinadən xəbər verilir ki, onların bu gün saat 20:00-da Azadlıq meydanında yenidən toplaşacağı qərara alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarına Xorenatsi küçəsində polisin ələ keçirilmiş binanı mühasirəyə aldığı ərazidə nümayiş keçirilməsinin qanunsuz olması barədə xəbərdarlıq edib. Belə ki, dünən səhər saatlarında polisin xəbərdarlığını dinləmədiyinə görə, təxminən 150 etirazçı saxlanılıb, amma sonradan onların demək olar hamısı sərbəst buraxılıb.
Xatırladaq ki, iyulun 17-də səhər saatlarında silahlı qruplaşma Yerevanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirərək qanunsuz silah əldə etmə və saxlamaq maddələri üzrə ittiham edilərək həbs edilən Ermənistanın "Təsis parlamenti" müxalifət təşkilatının koordinatoru Jirayr Sefilyanın azad edilməsini tələb edir./report/