Yer altından yaşı 2000 olan şəhər aşkarlanıb - FOTO
19.04.2017 826 0.0 0

Həmədan əyalətinin Saman bölgəsində aparılan arxeoloji qazıntılar nəticəsində yer altında yaşı 2000 ilə yaxın olan şəhər aşkarlanıb.

“Report” “Tesnim”ə istinadən xəbər verir ki, bunu İranın Mədəni İrs, əl sənətləri və turizm təşkilatının Həmədan üzrə şöbə müdiri Əli Xaksar bildirib.

Şəhər bir-birinə tunellər vasitəsilə bağlanan 25 məhəllədən ibarət olub. Məlumata görə, indiyədək 9 otaqdan 60 insanın qalıqları çıxarılıb.

Əli Xaksarın sözlərinə görə, həmin şəhər Samanın altında yerləşir. Şəhərin Əhəməniləri sülaləsinin çöküşü ilə Parfiya imperiyasının yüksəlişi arasındakı dövrdə salındığı ehtimal edilir. 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar