Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinin ikinci gününə yekun vurulub
17.11.2017 742 0.0 0

 "Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.

Məlumata görə, yarışın ikinci günü 224 yeniyetmə cüdoçu tatami üzərinə çıxıb və 3 çəki dərəcəsində qaliblər müəyyənləşib. Yekunda Rəşad Quluzadə (55 kq), Nəriman Mirzəyev (60 kq) və Orduxan Məmmədov (66 kq) Azərbaycan çempionu adını qazanıblar.

Qeyd edək ki, yeniyetmələrin ölkə birinciliyinə noyabrın 17-də yekun vurulacaq. Respublika birinciliyinin sonuncu günündə medallar uğrunda 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcəlirərində 119 cüdoçu mübarizə aparacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar