Yenilik: Böyüklər üçün «uşaq» bağçası
25.03.2015 610 0.0 0

Amerikada özünü uşaq kimi hiss etmək istəyən böyüklər üçün uşaq bağçası açılıb.

Məlumata görə, Nyu-Yorkun Bruklin rayonunda yaradılan uşaq bağçasında hələki altı nəfərlik bir qrup fəaliyyət göstərir. 

Qrupda "tərbiyə olunanlar" arasında hüquqşünas, proqramçı və yazıçı var. Onların "tərbiyələndirilməsi" proqramına müxtəlif oyunlar, şəkil çəkmək, plastilinlərlə füqurlar düzəltmək daxildir. "Uşaqlar" üçün sakit saat və günorta yeməyi nəzərdə tutulub. Bundan əlavə, hər "uşağın" iki yaşlını çağırmalı olduğu valideyn iclası da tətbiq edilir. 

Uşaq bağçasında vaxt keçirməyin məbləği müştərinin maliyyə durumundan asılı olaraq dəyişir. Tərbiyəçilərə isə 333 dollardan 999 dollaradək maaş ödənilir.

Müəsissənin yaradıcısının sözlərinə görə, uşaq bağçası böyüklərin öz daxilindəki uşaqları müvəqqəti də olsa azadlığa buraxa bilmələri üçün düşünülüb. 
Güman edilir ki, bu bağçaya getməklə şəhər sakinləri həyata daha asan yanaşacaqlar, özlərinə daha çox güvənəcəklər və sadəcə vaxtlarını yaxşı keçirəcəklər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar