Bu gün Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub.
Məlumata görə, X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, bu gün Ali Məhkəmədə X. İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.
Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayılovanın cəzası şərti hesab olunub.
Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.
Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib./apa/
*****
Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.
Xatırladaq ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib. /apa/