Yeniləndi-Universitetə hücum, 70 nəfər ölüb
02.04.2015 829 0.0 0
Keniyanın Qarissa şəhərində silahlıların universitetə hücumu nəticəsində ölənlərin sayı 147-yə çatıb.

 

Məlumata görə, bu barədə Reuters agentliyi Keniyanın rəsmi qurumlarına istinadən xəbər verib.

 

Hadisə yerində xüsusi əməliyyat nəticəsində  4 silahlı məhv edilib. Hücumun  “Əş-Şəbab” qruplaşması tərəfindən həyata keçirildiyi bildirilir. /apa/

 

                                                       *****

 

Keniyada silahlıların universitetə hücumu nəticəsində 70 nəfər ölüb, azı 80 nəfər xəsarət alıb.

 

 “Gazeta.ru”-ya istinadən verilən məlumata görə, yüzlərlə tələbənin taleyi qeyri-müəyyən olaraq qalır.

 

Tələbələrin universitet yataqxanasında girov götürüldüyü bildirilir. İlkin məlumata əsasən, hücum “Əş-Şəbab”qruplaşması tərəfindən həyata keçirilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar