YENİLƏNDİ-RUSİYADA AZƏRBAYCANLILARA QARŞI ƏMƏLLİYAT-VİDEO
10.02.2015 856 0.0 0

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus restoranda baş verən atışmada ölənlərin sayı iki nəfərə çatdı.
Məlumata görə, həkimlər xəstəxayana yerləşdirilən iki ağır yaralıdan birinin həyatını xilas edə bilməyiblər. Başından güllələnən yaralı dünyasını dəyişib.

Həmçinin naməlum şəxslər xəstəxanaya daha bir yaralı gətiriblər, sonra isə gizləniblər.

İnsident "Abşeron" restoranında qeydə alınıb. Atışma nəticəsində bir nəfər hadisə yerində ölüb, iki nəfər ağır yaralanıb. Yaralılardan biri xəstəxanada keçinib. Hadisənin iştirakçıları aradan çıxa biliblər. Hazırda polis araşdırma aparır. Ölənlərin və yaralıların adları hələ də müəyyən edilməyib. 

Paytaxt hüquq-mühafizə orqanları ölümlə nəticələnən silahlı atışmanın səbəbkarlarını və iştirakçılarını saxlanılması ilə bağlı "Vulkan" adlı əməliyyat elan edib.

Paytaxtın şərqində - Parkovaya küçəsi 15 ünvanında yerləşən restoranda atışma gecə saatlarında olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə məlumatlandırıldıqdan dərhal sonra hadisə yerinə yollanıblar. Hüquq mühafizə orqanının əməkdaşı hadisəni belə şərh edib: "Təxminən gecə saat 2 radələrində bir qrup müştəri restoranda dava salıb. Təxminən 20 nəfərin iştirak etdiyi dava böyüyüb və odlu silahlarla atəşlə müşayiət olunub. Nəticədə müştərilərdən biri ölümcül yaralanıb, daha iki yaralı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib"..//AnsPress 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar