Yeniləndi-İran ABŞ gəmisini tutdu (FOTO)
28.04.2015 756 0.0 0

İranda saxlanılan “Maersk Tigris” gəmisi Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliklərinə kommersiya reysini həyata keçirirmiş.

Məlumata görə, Reuters xəbər agentliyi “Rickmers Shipmanagement” şirkət nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, gəmidə 24 nəfər olub. Onlardan əksəriyyəti Şərqi Avropa və Asiya ölkələrinin vətəndaşıdır. İran sahillərində saxlanılmış Marşall Adaları bayrağı altında üzən yük gəmisi artıq buraxılıb.

Ekipaj üzvlərindən heç kim İran tərəfindən saxlanılmayıb.

Qeyd edək ki, İranın patrul katerləri gəmini saxlamazdan əvvəl gəmiyə atəş açıb və ona İran sahilinə doğru hərəkət edilmək barədə əmr etmişdi.

 

                                                     *****

 

İranda saxlanılan gəmidə ABŞ vətəndaşları yoxdur.

Məlumata görə, Pentaqonun bu barədə yaydığı açıqlamada deyilir ki, saxlanılmış "Maersk Tigris" yük gəmisi Hörmüz boğazında üzürmüş: İranın patrul katerləri gəmini saxlamazdan əvvəl gəmiyə atəş açıb və ona İran sahilinə doğru hərəkət edilmək əmr edib.

Hazırda Amerikanın kəşfiyyat təyyərələri vəziyyəti izləyir.

Daha əvvəl bildirilirdi ki, İran hərbi gəmiləri Fars körfəzi ərazisində İranın ərazi sularına qanunsuz daxil olan Amerika gəmisini yaxalayıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar