FHN-ə istinadən verilən xəbərə görə, dünən Araz çayının, İmişli rayonu Xubyarlı kəndi ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatıb.
E.Məmmədovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 30 m aralıda tapılaraq sudan çıxarılıb.
*****
Ötən gün axşam saatlarında, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının İmişli rayonu Xubyarlı kəndi ərazisindən keçən hissəsində bir nəfərin batdığı ehtimal olunduğu barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, dərhal dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılmışdır.
Əlavə məlumat veriləcək. /apa/