Yeni Zelandiyanın baş naziri istefa verdiyini bildirib
05.12.2016 767 0.0 0

Yeni Zelandiyanın baş naziri Con Ki istefa verdiyini bildirib.
Məlumata görə, bu barədə "The New Zealand Herald" qəzeti məlumat yayıb.
Məlumata görə, onun bu barədə açıqlaması ətrafındakı şəxsləri heyrətləndirib. Qəzet güman edir ki, Kidən istefaya getməsini onun xanımı xahiş edib.  
"Bu, mənim həyatımda çox çətin qərar oldu və sonra nə edəcəyimi bilmirəm" - deyən Ki qeyd edib ki, vəzifədən ailə vəziyyətinə görə gedir.
Onun sözlərinə görə, baş nazir vəzifəsi insandan çoxlarını, o cümlədən şəxsi ailəni qurban verməyi tələb edir. İndi Ki həyat yoldaşı ilə səyahətə çıxmaq niyyətindədir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar