Yeni Zelandiyada yenidən güclü zəlzələ baş verib
14.11.2016 614 0
Yeni Zelandiyada 6,8 bal gücündə yeni zəlzələ qeydə alınıb.
TASS agentliyinə istinadən verilən xəbərə görə, yeraltı təkanların episentri Kayikoura şəhərindən 38 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək ki, noyabrın 13-də Yeni Zelandiyada 7,5 bal gücündə zəlzələ baş verib. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində 2 nəfər ölüb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər