Yeni Zelandiya sahillərində zəlzələ olub- sunami dalğaları yaranıb
13.11.2016 923 0.0 0

Bu gün Yeni Zelandiya sahillərində baş verən zəlzələ 2 m hündürlükdə sunaminin yaranmasına yol açıb.

 

Məlumata görə, bu barədə Yeni Zelandiyanın “Weather Watch” meteoroloji portalı məlumat yayıb.

 

Zəlzələnin gücünün isə 7,5 deyil, 7,9 maqnitudalı olduğu üzə çıxıb. Sunami paytaxt Vellinqton və Kaslpoynt rayonu sahillərində müşahidə edilir. Hazırda sunami dalğalarının hündürlüyü 2 metrdən az olsa da, yenə də təhlükəlidir. Vətəndaş Müdafiəsi və Fövqəladə Hallar İşləri üzrə Nazirlik bir sıra sahil şəhərlərində sunami təhlükəsi elan edib. Əhalinin hündür, təhlükəsiz yerlərə getməsi tövsiyyə edilib. Əhali paytaxt Vellinqtonu tərk edir. /apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar