Yeni yol istifadəyə hazırdır-FOTO
12.05.2015 939 0.0 0

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri artıq yekunlaşıb. Yaxın günlərdə yol tam olaraq sürücülərin ixtiyarına veriləcək.
 
  Qazeta.info bildirir ki bu haqda
“Azəryolservis” ASC məlumat verib.Qeyd edək ki, inşasına 2014-cü ilin sentyabr ayında başlanılan yolun ümumi uzunluğu 1070 metrdir. Yolun körpüyə qədər 618.7 metrlik hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. 15 aşırımdan ibarət körpünün uzunluğu 451.3 metr, eni isə 13 metrdir. Yol kənarlarında 2.5 metr enində səki salınıb, 1 metr enində ayrıcı zolaqlar qurulub. Estakada üzərində məhəccərlər quraşdırılıb, təkərqaytaranlar monolit-betonla tökülüb.
 
  Bundan əlavə Stend Atıcılığı idman kompleksinə gedən yol da tam hazır vəziyyətdədir. Artıq yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin rənglənməsi işləri bitib. Uzunluğu 1354.5 metr, eni isə 21.5 metr olan  yolun inşasına isə 2014-cü ilin iyun ayında başlanılıb.
      
   Qeyd edək ki, bu yollar tam olaraq istifadəyə verildikdən sonra Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan və Ələt-Astara-İran sərhədi, həmçinin Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, o cümlədən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri birbaşa Respublika Stend Atıcılığı İdman Kompleksinə və  Bakı Dairəvi-1 avtomobil yoluna rahat və manesiz şəkildə çıxa biləcəklər.
 
    Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə qədər təqribən 400 metrlik giriş yolunda və dairədə aparılan təmir-tikinti işləri də başa çatıb. Biləcəri enişindən dairəyə doğru olan mövcud 11 metr enində yol genişləndirilərək 22 metrə çatdırılıb. Sözügedən ərazidə yolayrıcıları inşa edilib, işıq dirəkləri quraşdırılıb, yolboyu səki daşları düzülüb, səkilərə tamet daşlar döşənib, abadlıq işləri aparılıb. Bundan başqa səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, komunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları yeniləri ilə əvəzlənib. Ümumilikdə yola 27 min kvadrat metr asfalt-beton örtüyü döşənib.
 
 
     Beynəlzalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də yenidənqurma işləri həyata keçirilib. Ərazidə abadlıq işləri görülüb.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar