Qazın qiymətinin azalması ilə bağlı Rusiya ilə Türkiyə arasında gedən danışıqlar dalana dirənib.
Məlumata görə. bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb. Qəzetin yazdığına görə. bu barədə fevralın əvvəlində razılıq əldə edilmişdi.
Məqsəd lirənin ucuzlaşmasından Türkiyənin qaz idxalçılarının itkilərini kompensasiya etmək olub. Martın əvvəlində isə Türkiyə enerji nazirliyi və “Qazprom” qazın qiymətinin 10,25% azalması barədə razılaşıblar.
Amma danışıqların sonrakı mərhələsində problemlər yaranıb. Tərəflər qiymət azalmasının hansı qiymətə tətbiq edilməsi barədə razılığa gələ bilməyiblər. Qəzetin yazdığına görə, "Qazprom" ucuzlaşmanı müqavilə qiymətinə, Türkiyə tərəfi isə baza qiymətinə tətbiq etmək istəyir. Neftin qiyməti artarsa, baza qiymətinə tətbiq edilən ucuzlaşma Türkiyə tərəfi üçün daha əlverişli olacaq. /anspress/