Yeni tikilən binalar istifadəyə verilmədən söküldü - FOTOLAR
04.12.2015 1022 0
Suraxanıda yeni inşa edilən binalar sökülüb. Buna səbəb binaların yaxınlığında “N” saylı hərbi hissənin yerləşməsidir.
Məlumata görə, rayonun “Dədə Qorqud” yaşayış massivində uzun zamandır tikintisi davam edən binaların inşası bir müddət əvvəl dayandırılıb. Tikintisi yarım qala 3 doqquzmərtəbəli bina rayon icra hakimiyyəti tərəfindən sökülüb. Bildirilib ki, binanın sökülməsinə səbəb yaxınlıqda hərbi hissənin yerləşməsidir.
Qeyd edək ki, binalar tikilməyə başlayanda da hərbi hissə var idi, binalardan ikisinin inşası bitmək üzrə idi və evlərdən bir neçəsi artıq satılıb./musavat.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər