Yaponiyanın Kioto Prefektura Universitetinin tədqiqatçıları COVID-19-la təmasda olduqda parlayan yeni maska hazırlayıblar.
“Qafqazinfo” istinadən xəbər verilir ki, maskanın parçasında dəvəquşu yumurtasından çıxarılan antitellərlə flüoresan boya var.
Bildirilir ki, fevral ayında alimlər laboratoriyada dəvəquşu orqanizminə COVID-19-un deaktivləşdirilmiş hissəciklərini yeridiblər. Nəticədə həkimlər quşların qoyduqları yumurtalardan külli miqdarda anticisim çıxarıblar.
Əldə edilən material əsasında alimlər flüoresan boya ilə işlənmiş qoruyucu filtr yaradıb və onu maskaya yerləşdiriblər. Virus hissəcikləri ilə təmasda olduqda, maskanın səthi ultrabənövşəyi spektrdə parlayacaq.
Parlaq maskaların sınaqlarında 32 koronavirus xəstəsi iştirak edib. Onların taxdıqları bütün maskalar ultrabənövşəyi şüalar altında parlayıb. Zamanla, virus yükü azaldıqca, floresan yox olur.