Yeni razılaşma: atəşkəs müddəti uzadıldı
15.09.2016 565 0.0 0

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner mətbuat konfransında Suriyadakı atəşkəslə bağlı danışıb.

 

Qazeta.info Axar.az -a istinadla xəbər verir ki, o, Kerri ilə Lavrovun telefon vasitəsi ilə müzakirə apardığını və tərəflərin 7 günlük atəşkəsin daha iki gün uzadılması haqda razılığa gəldiyini bildirib.

 

Toner bundan başqa, Əsəd qüvvələri ilə müxaliflərin bəzən atəşkəsi pozduğunu da diqqətə çatdırıb.

 

Xatırladaq ki, ABŞ və Rusiya Qurban bayramı ilə əlaqədar Suriyada atəşkəs elan olunması barədə razılığa gəlmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar