Yeni rəng yaradıldı - Foto
05.07.2016 1191 0
Oreqon Universitetində manqan oksidi ilə digər kimyəvi maddələr qarışdırılaraq yeni bir rəng əldə edilib.
Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, bir kimyaçının laboratoriyada manqan oksidi ilə digər kimyəvi maddələri qarışdırıb 1200 dərəcəyə qədər isitməsi nəticəsində ortaya çıxan bu rəng mavi ilə bənövşəyi rəngin arasındadır. Son dərəcə parlaq və diqqət çəkən bu rəngə “YlnMn blue” adı verilib.
Qeyd edək ki, “YInMn blue” (“YİnMn göy”) adı rəngin tərkibindəki elementlərə görə verilib (İttrium (Y), İndium (İn), Manqan (Mn)). Bu cür piqmentlər adətən muzeylərdə ziyan görən sənət əsərlərinin bərpasında istifadə edilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər